Rusiyada "Google" və "Wikipedia" qadağan olunmuş məzmunlara çıxışı bloklamadıqları üçün cərimələniblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Moskva məhkəməsi sözügedən platformaların qanunvericiliyin tələblərinə əməl etmədiyinə qərar verib.
Məhkəmənin qərarına əsasən, Google 7 milyon rubl (təxminən 87 min dollar), Wikipedia isə 6 milyon rubl (təxminən 75 min dollar) məbləğində cərimələnib. Cəmi cərimə məbləği 13 milyon rubl (təxminən 162 min dollar) təşkil edir.
Qeyd edək ki, Rusiyada bir sıra xarici texnologiya nəhənglərinə qarşı analoji tədbirlər görülüb. Daha əvvəl Apple, Twitch, Facebook, Instagram, X (keçmiş Twitter) və YouTube kimi platformalar da qanun pozuntularına görə cərimələnmiş, bəzilərinin isə ölkə daxilində fəaliyyətinə məhdudiyyətlər qoyulmuşdu.