""Şimal axını"partlayışlarında Rusiya iştirak etməyib"- Peskov

15:34 - 28 Avqust 2025

\"\"Şimal axını\"partlayışlarında Rusiya iştirak etməyib\"- Peskov

Kremlin sözçüsü Dmitri Peskov 2022-ci ildə baş verən “Şimal axını” boru kəməri partlayışları ilə bağlı Rusiya ilə əlaqənin olmadığını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, İtaliya polisinin təxribatda şübhəli bilinən Ukrayna vətəndaşını saxlamasına da münasibət bildirərək, Rusiyanın bu hadisə ilə bağlı ittihamları rədd edib.

Peskov həmçinin Ukraynadakı hücumlar səbəbindən benzinin qiymətinin artmasına baxmayaraq, Rusiyanın yanacaq bazarının sabit olduğunu qeyd edib.

Qeyd edək ki, partlayışlar nəticəsində “Şimal axını” boru kəmərlərinin üç xətti zədələnib, bir xətt isə işləkdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az