Bu ölkədə qayıq batdı - 13 nəfər öldü

12:23 - 01 Sentyabr 2025

Bu ölkədə qayıq batdı - 13 nəfər öldü

Nigeriyanın Zamfara əyalətində sərnişin qayığının çayda batması nəticəsində azı 13 nəfər həlak olub, 22 nəfər isə itkin düşüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə əyalətin Birnin Maqaji bölgəsində qeydə alınıb.

Məlumata görə, sakinlər bölgədə fəaliyyət göstərən silahlı dəstələrin hücumlarından xilas olmaq üçün çayı keçməyə çalışıblar. Bu zaman sərnişinlə dolu qayıq aşıb..

Yerli səlahiyyətlilər hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini bildiriblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az