Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətinin Bannu rayonunda sərhəd qüvvələrinə məxsus hərbi obyektə bomba yüklü avtomobillə terror hücumu həyata keçirilib.
Manset.az xarici mediayan istinadən xəbər verir ki, hücumun ardından ərazidə ard-arda güclü partlayış səsləri və atışmalar qeydə alınıb. Hücum edən şəxslərin hərbi obyektin içinə sızdığı bildirilir.
Təhlükəsizlik qüvvələri dərhal ərazini nəzarətə götürərək əməliyyata başlayıb. Əməliyyatın hələ də davam etdiyi qeyd olunur.
İlkin məlumata əsasən, insident nəticəsində azı üç mühafizəçi yaralanıb. Bəzi hücumçuların zərərsizləşdirildiyi bildirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində hərbi obyektin ətrafı tam bağlanıb. Yerli sakinlər evlərindən çıxmamağa çağırılıb.