Venesuela Prezidenti Nikolas Maduro, ABŞ-nin Karib dənizindəki hərbi fəaliyyəti ilə bağlı çıxış edərək, Venesuelanı təhqir etməyin qəbul edilməyəcəyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, ABŞ-nin narkotiklərlə mübarizə adı altında ölkəsini hədəf almasını "rejimi devirmək və sərvətləri ələ keçirmək" məqsədilə həyata keçirildiyini iddia edib.
Maduro, ABŞ-nin dünyanın ən böyük narkotik istehlakçısı olduğunu qeyd edərək, bu məsələdə real maraqlarının olmadığını vurğulayıb. Həmçinin, beynəlxalq medianın Venesuelanın ABŞ ilə gərginliyini şişirdərək yanlış təqdim etdiyini tənqid edib.
Venesuelanın Müdafiə Naziri Vladimir Padrino Lopez isə ABŞ-nin Karibdəki hərbi mövcudluğuna "görünməmiş hərbi təhlükə" deyərək, ölkəsinin bu vəziyyəti diqqətlə izlədiyini bildirib.
ABŞ, Latın Amerikası narkotik kartelləri ilə mübarizə çərçivəsində, Venesuela sahillərinə döyüş gəmiləri göndərib. Maduro, bu vəziyyətə qarşı 4,5 milyon milisin səfərbər edildiyini və hər hansı bir hücuma qarşı hazır olduqlarını açıqlayıb.