İzmirin Balçova rayonunda 16 yaşlı gənc EB, pompalı ov tüfəngi ilə polis bölməsinə hücum edərək 2 polis əməkdaşının həyatına son qoyub. Həsən Akın və Muhsin Aydemir həyatını itirib, 2 polis və 1 mülki şəxs yaralanıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, polis hücumçunun qaçmasına imkan verməyərək, onu yaralı halda tutub və xəstəxanaya aparıb. Hücumla əlaqədar 27 şübhəli saxlanılıb, istintaqa İzmir prokurorluğu rəhbərlik edir.
Hadisə ilə bağlı polis bölməsinə gələn İzmir valisi Süleyman Elban, hücumçunun 16 yaşında və cinayət keçmişinin olmadığını açıqlayıb.
Terrorla Mübarizə İdarəsi, E.B.-nin əlaqəli olduğu şübhəliləri, o cümlədən İran vətəndaşı Xaleq Nooriborojerdi və digər şəxsləri saxlayıb.