OpenAI süni intellektlə cizgi filmi yaradacaq

12:39 - 09 Sentyabr 2025

OpenAI süni intellektlə cizgi filmi yaradacaq

OpenAI, "Critterz" adlı tamamilə süni intellektlə yaradılan cizgi filmi üzərində işləyir.


Manset.az-ın əldə etdiyi məlumata görə, filmin yaradıcı direktoru Çad Nelson olacaq. Filmin 2026-cı ildə Kann Film Festivalında təqdim edilməsi planlaşdırılır.

Filmin xarakter dizaynı və animasiyası OpenAI alətləri ilə hazırlanacaq. 30 milyon dollar büdcə ilə 9 ayda tamamlanması nəzərdə tutulur. Filmin istehsalı Vertigo FilmsNative Foreign şirkətləri tərəfindən həyata keçiriləcək.

Nelson, bu layihənin süni intellektin kino sənayesində daha geniş istifadə olmasına təkan verəcəyini vurğulayıb. Süni intellektin kino sənayesində istifadəsi isə mübahisələrə səbəb olub, lakin Oskar Mərasimi süni intellektlə bağlı neytral mövqe sərgiləyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az