ABŞ-nin Kaliforniya ştatının Qlendeyl bölgəsində dəvət olunmadan toya gəlib 60 min dollar və çek oğurlayan iki nəfər saxlanılıb.
Manset.az "NBC News"a istinadən xəbər verir ki, polis şübhəlilərin Armean Şirehjini və Andranik Avetisyan olduğunu açıqlayıb.
Hər iki şəxs Los-Ancelesin Qlendeyl ərazisindəki bir şadlıq sarayına gizlicə daxil olaraq, toydan hədiyyə olaraq verilən təxminən 60 min dollar məbləğində pulu oğurlayıb.
Bundan əlavə, şübhəlilərdən biri çək ilə dolu qutunu götürərək qaçıb, digəri isə çöldə gözləyən avtomobillə onlara qaçmağa kömək edib. Təhlükəsizlik kameralarından əldə edilən məlumatlara əsaslanaraq, şübhəlilər Los-Anceles şəhər mərkəzində saxlanılıb.
Axtarışlar zamanı onların evlərində silahlar, narkotik maddələr və oğurlanmış çeklər aşkar edilib.