94 yaşlı qadın paraşütlə tullanaraq ad gününü qeyd etdi

14:37 - 10 Sentyabr 2025

94 yaşlı qadın paraşütlə tullanaraq ad gününü qeyd etdi

Avstraliyanın Kvinslend ştatında 94 yaşlı qadın paraşütlə tullanaraq ad gününü qeyd edib.


Manset.az-ın əldə etdiyi məlumata görə, Kvinslenddə yaşayan Betti Qreqori ad gününü səmada qeyd edib. 94 yaşlı Qreqori, Qızıl Sahildən 3600 metr hündürlükdə təyyarədən paraşütlə tullanıb.

Qreqori, 17 yaşında Britaniya Qadın Kral Hərbi Hava Qüvvələrində hava fotoqrafı kimi xidmət edərkən təyyarədən tullanmaq arzusunda olduğunu bildirib. Lakin, o zaman qadın olduğu üçün buna icazə verilməyib və xəyalını təxirə salmaq məcburiyyətində qalıb. 80 yaşında ilk dəfə paraşütlə tullanan Qreqori, o vaxtdan bəri hər ad gününü bu şəkildə qeyd etdiyini vurğulayıb.

Qreqori bu ilki sıçrayışını həkiminin razılığı ilə edib. Lakin, yaşını nəzərə alaraq, gələn il tibbi testdən keçə biləcəyinə əmin olmadığını bildirib. "Hər andan həzz almalısan və mən də bunu edirəm", - deyə Qreqori bildirib. O, ən azı 97 yaşına qədər paraşütlə tullanmaya davam edəcəyini və böyük nəvəsi ilə birlikdə tullanmaq istədiyini əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az