Ukrayna Rusiya ilə yeni əsir mübadiləsinə hazırlaşır

19:48 - 20 Sentyabr 2025

Ukrayna Rusiya ilə yeni əsir mübadiləsinə hazırlaşır

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə yeni hərbi əsir mübadiləsinə hazır olduqlarını açıqlayıb.


Manset.az xəbər verir ki, bu barədə "Strana.ua" məlumat yayıb.

"Biz 1000 nəfəri götürmək istəyirik və siyahılar üzərində işləyirik", - deyə Ukrayna lideri bildirib.

Zelenski qeyd edib ki, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında yeni görüşün keçirilməsi ilə bağlı heç bir irəliləyiş yoxdur.

Xatırladaq ki, avqustun 24-də BƏƏ-nin vasitəçiliyi ilə ölkələr arasında 146-ya 146-lıq müqavilə əsasında əsir mübadiləsi aparılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az