Günəşdə güclü partlayış oldu

01:30 - 21 Sentyabr 2025

Günəşdə güclü partlayış oldu

Sentyabrın 20-nə keçə gecə Günəşdə partlayış baş verib.


Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Sentyabrın 20-nə keçən gecə Bakı vaxtı ilə saat 02:41-də 4216 (N07W25) Günəş ləkələri qrupunda rentgen diapazonunda 38 dəqiqə davam edən M1.5 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az