Atlantik okeanda güclü qasırğa yarandı

12:10 - 28 Sentyabr 2025

Atlantik okeanda güclü qasırğa yarandı

Atlantik okeanda formalaşan “Umberto” qasırğası güclənərək Saffir-Simpson şkalası üzrə beşinci – ən yüksək kateqoriyaya yüksəlib.

Manset.az xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğaları Müşahidə üzrə Milli Mərkəzi məlumat yayıb.

Hazırda “Umberto” saatda 17 kilometr sürətlə şimal-qərb istiqamətində hərəkət edir. Qasırğanın mərkəzində küləyin maksimal sürəti saniyədə 72 metrə çatır.

ABŞ-ın sahilyanı bölgələrində fövqəladə halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az