İtaliyada ev heyvanı ilə tətil artıq daha baha başa gələcək. Populyar turizm şəhəri olan Bolzanoda turist itlərindən vergi alınacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yeni vergi tənzimləməsi 2026-cı ildən qüvvəyə minəcək. Turistlər yanlarında gətirdikləri itlər üçün Bolzanoda olduqları hər günə görə gündəlik 1,5 avro vergi ödəyəcəklər.
Şəhərdə yaşayan it sahibləri də bu tətbiqə daxil ediləcək və hər il 100 avro vergi ödəyəcəklər.
Qərarın məqsədi isə "həddindən artıq turizm"in yaratdığı təzyiqi azaltmaq, küçələrin təmizliyini təmin etmək və yeni it parklarının maliyyələşdirilməsidir.