Rusiyadan Trampa diqqətçəkən ÇAĞIRIŞ

00:30 - 29 Sentyabr 2025

Rusiyadan Trampa diqqətçəkən ÇAĞIRIŞ

Kremlin sözçüsü Dmitri Peskov, Rusiya Prezidenti Vladimir Putinin keçmiş ABŞ Prezidenti Donald Trampı Moskvaya dəvətinin hələ də qüvvədə olduğunu bildirib.


Manset.az TASS xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama verən Peskov, Putinin Alyaskada keçirilən zirvə zamanı Trampı Rusiyaya dəvət etdiyini xatırladıb. O bildirib ki, bu təklif bu gün də qüvvədədir və belə bir görüş üçün Moskva tərəfi açıqdır:

“Prezident Putin Trampla görüşməyə hazırdır və bu görüş onu məmnun edəcək. Hər şey Trampın qərarından asılıdır,” – deyə Peskov qeyd edib.

Peskov, həmçinin Rusiya ilə ABŞ arasında Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (New START) çərçivəsində danışıqların bərpa olunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, gələcəkdə nüvə arsenalı məsələsi də müzakirə predmetinə çevrilməlidir:

“Bu silahlar Avropanın təhlükəsizliyi və ümumi strateji sabitlik baxımından mühüm əhəmiyyət kəsb edir,” – deyə Kremlin sözçüsü bildirib.

Kreml rəsmisi əlavə edib ki, Rusiya tərəfinin Böyük Britaniya və Fransanın nüvə arsenalının da nəzərə alınması ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az