16 yaşlı bəyin toy öncəsi hərəkəti gündəm oldu

01:00 - 29 Sentyabr 2025

16 yaşlı bəyin toy öncəsi hərəkəti gündəm oldu

Türkiyədə azyaşlı qızla bağlı baş verən hadisə ictimaiyyətdə rezonansa səbəb olub.


Manset.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 14 yaşlı O.Ç. adlı qız, 16 yaşlı nişanlısı H.H.E. tərəfindən üzüyünün zorla alındığını iddia edərək polisə müraciət edib.

Təxminən bir ay əvvəl ailələr arasında keçirilən mərasimlə nişanlanan azyaşlı cütlüyün, 8 oktyabr tarixində toy etməyi planlaşdırdığı bildirilir.

Şikayət əsasında hərəkətə keçən Samsun Polis İdarəsinin Uşaq Şöbəsi əməkdaşları H.H.E.-ni saxlayıb. Polis bölməsində verdiyi ifadəsində o, barəsindəki ittihamları qəbul etməyərək bildirib:

“8 oktyabrda toy edəcəkdik. Damatlıq almaq üçün üzüyü istədim. Üzüyü zorla almadım.”

Polisdəki ifadəsi tamamlandıqdan sonra H.H.E. bu gün Samsun Ədliyyəsinə göndərilib. Prokurorluq ifadəsindən sonra məhkəməyə çıxarılan yeniyetmə tutularaq həbsxanaya göndərilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az