Bursanın Yıldırım məhəlləsində 10 və 13 yaşlı iki uşaq məhəllədəki uşaq meydançasında yanğına səbəb olub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın qısa müddətdə parkın plastik uşaq meydançası avadanlıqlarına keçib.
Yaxınlıqdakı sakinlərin xəbərdarlığından sonra hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını alıblar. Parka ciddi ziyan dəyib. Məsələ ilə bağlı araşdırma başladılıb. Məhəllə sakinləri uşaqların təhlükəsizliyindən və ictimai əmlakın zədələnməsindən narahatdırlar.