Aydının Kuşadası rayonunda 30 yaşlı Ayça A. üçüncü mərtəbədəki evinin pəncərəsindən yıxılaraq həyatını itirib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə gecə saat 15:00 radələrində İkiçeşmelik məhəlləsində baş verib. Psixoloji problemlərdən əziyyət çəkdiyi iddia edilən Ayça A. 3-cü mərtəbədəki mənzilinin pəncərəsindən yıxılıb. Hadisəni görən mənzil sakinləri 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər. Hadisə yerinə gələn xilasedicilər gənc qadının öldüyünü müəyyən ediblər.
Ayça Alanın cəsədi Kuşadası Dövlət Xəstəxanası meyitxanasına aparılıb. Hadisə ilə bağlı istintaq davam edərkən, daha əvvəl intihara cəhd edən Ayça Alanın özünü öldürmüş ola biləcəyi bildirilir.