Qazan partladı - Qadın xəsarət aldı 

10:57 - 30 Sentyabr 2025

Qazan partladı - Qadın xəsarət aldı 

Antalyanın Qazipaşa rayonunda düdüklü qazanın partlaması nəticəsində bir qadın xəsarət alıb.

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə, mərkəz Göçük məhəlləsində baş verib. Məlumata görə, 45 yaşlı H.G. adlı qadın evdə yemək hazırlayarkən düdüklü sobanın partlaması nəticəsində üz, boyun və qollarından xəsarət alıb.

O, Qazipaşa Dövlət Xəstəxanasında ilkin müalicə alıb və sonrakı müayinə və müalicə üçün Antalya Təhsil və Araşdırma Xəstəxanasına köçürülüb. Üzündən və bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alan yaralı qadının müalicəsinin davam etdiyi bildirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az