Rusiyanın Ukraynanın paytaxtı Kiyevə 12 saatlıq bombalı hücumu zamanı Sakaryadan olan yük maşını sürücüsü Tevfik Bektaş həyatını itirib.
Yükü Sakarya Akyazıdan götürərək Ukraynanın Kiyev şəhərinə aparan Sakaryalı TIR sürücüsü Tevfik Bektaş yükünü boşaltdıqdan sonra gömrük bölgəsində gözləməyə başlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, iddiaya görə, 3 uşaq atası olan Bektaş, Rusiyanın 12 saatlıq bombardmanından əvvəl sığınacaqlara girmək üçün edilən xəbərdarlıqlara baxmayaraq, avtomobilində qalmağı seçib. Bektaş bombardman zamanı içində olduğu bölgəyə bombanın düşməsi nəticəsində həlak olub. Hücum zamanı Bektaşın da olduğu daha 3 nəfərin həlak olduğu bildirilib.
Paylaşılan görüntülərdə bombardmandan sonra yük maşınları və iri nəqliyyat vasitələrinin alovlandığı anları əks olunub.