Adıyamanda dəhşətli qəza baş verib. Sərnişin avtobusu və minik avtomobili toqquşub. Hadisə yerinə çoxlu sayda tibb və jandarma qrupları sövq edilib və avtomobildə olan 4 nəfərin öldüyü müəyyən edilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Adıyamanda şəhərlərarası sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində avtomobildə olan 4 nəfər həyatını itirib.
AA-da yer alan xəbərə görə, Adıyaman-Kahta yolunun 5-ci kilometrliyində Səlahəddin S.-nin idarə etdiyi sərnişin avtobusu qarşı tərəfdən gələn Yakup Gültəkin idarə etdiyi avtomobillə toqquşub.
Məlumatın ardından hadisə yerinə çoxlu sayda tibb və jandarma qrupları göndərilib. Qəzada sürücü Esmanur, Belinay və Muaz Gültəkin həyatını itirib.
Qəzaya görə müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanan yol, ekipajların yolda işindən sonra açılıb.