FETÖ qaçağı Akın İpekə məxsus və üç tenderlə satışa çıxarılan “Ağ Köşk” dördüncü tenderdə 1 milyard 116 milyon lirəyə satılıb. İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) edilən açıqlamada yeni sahibi göstərilməyib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 15 iyul 2016-cı il çevriliş cəhdindən sonra Türkiyədəki var-dövlətinə həbs qoyulan FETÖ- nün maliyyə meneceri olan fərari Akın İpekə məxsus Boğazdakı “Ağ Köşk” nəhayət 115 milyon TL-lik güzəştli tenderlə satılıb.
Boğazın ən gözəl nöqtələrindən birində yerləşən malikanə əvvəlki üç tenderdə alıcı cəlb edə bilməyib. TMSF-nin İctimaiyyəti Açıqlama Platformasına (KAP ) verdiyi bildirişdə malikanənin satışının təfərrüatları var, lakin onun yeni sahibinin kimliyi açıqlanmayıb.