Fransa və İtaliyadan İsrailə ÇAĞIRIŞ

14:42 - 02 Oktyabr 2025

Fransa və İtaliyadan İsrailə ÇAĞIRIŞ

Fransa Xarici İşlər naziri Jan-Noel Barro “X” hesabında bildirib ki, Qəzzaya yollanan “Qlobal Sumud Donanması” İsrailin axtarış və müsadirə əməliyyatı ilə üz-üzədir. O, İsraili donanmadakı şəxslərin təhlükəsizliyini təmin etməyə, konsulluq müdafiəsi hüququnu qorumağa və onların Fransaya qayıtmasına şərait yaratmağa çağırıb.


Manset.az-ın məlumatına görə, Barro, fransalı iştirakçıların bölgəyə getməmələri barədə əvvəlcədən xəbərdar edildiyini və təhlükəsizliklərinin təmin olunması üçün İsrail hakimiyyəti ilə daimi əlaqədə olduqlarını bildirib. O həmçinin Fransanın bölgədəki əsas prioritetlərinin atəşkəsin əldə olunması, girovların azad edilməsi və humanitar yardımın geniş şəkildə çatdırılması olduğunu vurğulayıb.

İtaliya Xarici İşlər naziri Antonio Tajani isə bildirib ki, İsrail tərəfi “Qlobal Sumud Donanması”ndakı aktivistlərə qarşı zorakılıq tətbiq olunmayacağına dair zəmanət verib. O qeyd edib ki, İsrail ordusunun gəmilərə müdaxiləsi planlaşdırılır, lakin bu prosesdə zorakılıqdan istifadə edilməyəcək. Tajani əlavə edib ki, Aşdod limanına aparılacaq və daha sonra ölkədən çıxarılacaq italyan vətəndaşlara yardım göstərilməsi üçün Təl-Əvivdəki səfirlik və Qüdsdəki konsulluğa göstəriş verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az