İstanbulun şimalında əsən güclü külək səbəbindən bu gün səhər saatlarında İstanbul hava limanına eniş etməli olan 3 təyyarə Çorlu hava limanına yönləndirilib. Anadolu tərəfindəki Sabiha Gökçen hava limanında günəşli hava hökm sürüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə vaxtı ilə saat 10:00 radələrində İstanbul Hava Limanına eniş etməli olan Türk Hava Yollarına ( THY ) məxsus 3 təyyarə güclü külək səbəbindən Çorlu Hava Limanına istiqamətləndirilib.
Bəzi təyyarələr bir müddət havada dövrə vurmaq məcburiyyətində qalıb. Səlahiyyətlilər küləyin gün ərzində davam edəcəyini bildiriblər.
İstanbulun Anadolu yakasında yerləşən Sabiha Gökçen Hava Limanında günəşli hava hökm sürür və uçuşlarda heç bir aksama yaranmayıb.