Kayserinin Hacılar səmtində evlərinin qarşısında baş verən silahlı basqın nəticəsində cütlük Gülhanım və Fahri Baktır həyatını itirib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə axşam saat 21:00 radələrində baş verib. Hacılar rayonu Beğendik məhəlləsində Şehit Şükrü Bayram küçəsində üzüm bağı evinin qarşısında. Məsciddən çıxaraq evlərinə gələn Fahri və Gülhanım Baktır kimliyi məlum olmayan şəxs və ya şəxslərin hücumuna məruz qalıb.
Ətrafdakılar cütlüyün ov tüfəngindən atılan qranullar nəticəsində yaralandığını gördükdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Polis üzüm bağının yerləşdiyi küçəni nəqliyyatın hərəkətinə bağlayıb və geniş təhlükəsizlik tədbirləri həyata keçirib. Müayinə edən tibb işçiləri Baktır cütlüyünün öldüyünü təyin etdi. Polis hadisə yerindən qaçan şübhəli(lər)in tutulması üçün əməliyyata başlayıb, hadisə ilə bağlı araşdırmalar davam edir.