Türkiyə arabesk musiqisinin unudulmaz adı Güllünün vəfatından sonra müğənninin müdiri qızına göndərdiyi anasının ölümünü arzulaması ilə bağlı mesajlarının əsasında cinayət işi açılmışdı
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Güllünün qızı Tuğyan Ülkem Gülter həmin mesajları özünün göndərdiyini etiraf edib.
İstintaq davam etdiyi bir vaxtda Güllünün İstanbulda çıxış etdiyi əyləncə məkanının sahibi Ferdi Aydın bəzi WhatsApp mesajlarını sübut kimi göstərərək cinayət işi qaldırıb.
İki şahidlə ədliyyəyə gələn Ferdi Aydın ifadə verib ki , Güllünün qızı Tuğyan Ülkem Gülter anasını öldürüb.
Qeyd edək ki, məşhur müğənni Güllü sentyabrın 26-na keçən gecə Yalovanın Çınarcık rayonunda evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişib.