ABŞ-ın texnologiya nəhənglərindən biri olan Apple-ın xalis satışları iyul-sentyabr dövründə illik 8 faiz artarkən, Amazon-un satışları 13 faiz artıb.
Manset.az-ın xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın texnologiya nəhənglərindən biri olan Apple-ın xalis satışları iyul-sentyabr dövründə illik 8 faiz artarkən, Amazon-un satışları 13 faiz artıb.
Apple və Amazon iyul-sentyabr dövrü üçün balans hesabatlarını açıqladı.
Sentyabrın 27-də başa çatan üç aylıq dövrü dördüncü rüb hesab edən Apple-ın maliyyə hesabatına görə, bu dövrdə şirkətin xalis satışları illik müqayisədə 8 faiz artaraq 102,5 milyard dollara çatıb. Ötən ilin eyni dövründə Apple-ın xalis satışları 94,9 milyard dollar olub.
Həmin dövrdə şirkətin xalis mənfəəti 86 faiz artaraq 27,5 milyard dollara çatıb. Apple ötən ilin eyni dövründə 14,7 milyard dollar mənfəət əldə etmişdi.
Şirkətin bir səhm üzrə qazancı bu dövrdə 97 sentdən 1,85 dollara yüksəlib.
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            