Türkiyəli müğənni Güllünün ölümü ilə bağlı iş materiallarına yeni ifadələr əlavə edilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, restoranın sahibi Ferdi Aydın və onun yaxın dostu Bircan Dülgerin açıqlamaları hadisənin gedişatını dəyişib. Dülger, Güllünün qızı Tuğyanın “Bunu etdim, amma peşmanam” deyərək anasını itələyərək onun ölümünə səbəb olduğunu iddia edib. Sultanın isə qorxusundan susduğu iddia edilir. İstintaq qətl şübhəsi ilə dərinləşdi.
Məşhur müğənni Güllünün faciəvi ölümü ilə bağlı iş yenidən gündəmə gəlib. Yeni şahid ifadələri işin gedişatını dəyişib. Müğənninin yaxın rəfiqəsi Bircan Dülger, Güllünün qızı Tuğyanın “Bunu etdim, amma peşmanam” deyərək anasını itələdiyini iddia edib. Tuğyanın həmin gecə evdə olan yaxın dostu Sultan onun qorxusundan susduğunu iddia edib.
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            