Əfqanısranda zəlzələ - Ölənlərin sayı artır

09:08 - 03 Noyabr 2025

Əfqanısranda zəlzələ - Ölənlərin sayı artır

Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində azı 20 nəfər ölüb, 140-dan çox insan yaralanıb.


Bu barədə "Afghanistan International" Milli Olimpiya Komitəsinin, "Taliban" hökumətinin Bədən Tərbiyəsi və İdman İdarəsinin sədri Maulvi Əhmədullah Vasiqin feysbukdakı açıqlamasında bildirib.

Məmur qeyd edib ki, ən böyük dağıntı və itkilər Samanqan və Balx əyalətlərinin şimalında, xüsusən də Daşkurqan şəhərində qeydə alınıb.

"Zəlzələnin yeraltı təkanları çox güclü olub və ölənlərin sayı arta bilər", - Əhmədullah Vasiq yazıb.

Xatırladaq ki, Bakı vaxtı ilə saat 00:28-də Əfqanıstanın şimalındakı Balx əyalətində, Məzari-Şərifdən 45 km cənub-şərqdə 6,3 maqnitudada zəlzələ qeydə alınıb.

Xatırladaq ki, Əfqanıstanda 2025-ci ilin avqust ayında da 6 maqnitudada zəlzələ baş verib. Təbii fəlakət 2 200-dən çox insanın həyatına son qoyub.

***

06:46

Əfqanıstanın şimalında baş verən 6,3 maqnitudada zəlzələ nəticəsində azı yeddi nəfər həlak olub.

Manset.az xəbər verir ki, bu barədə "Reuters agentliyi məlumat yayıb.

Yerli səhiyyə idarəsinin məlumatına görə, daha 150 nəfər yaralanıb.

Bundan əvvəl Balx əyalətinin qubernatorunun sözçüsü Hacı Zayed dörd nəfərin öldüyünü bildirib.

ABŞ-nin Geologiya Xidməti Əfqanıstanın Hindquş dağlarında 6,3 maqnitudada zəlzələnin baş verdiyini bildirib. Məlumata görə, zəlzələnin episentri təxminən 523 000 insanın yaşadığı Məzari-Şərif şəhərindən 37 kilometr şimal-qərbdə, episentr 10 kilometr dərinlikdə yerləşib.

***

05:35

Əfqanıstanın şimalında baş verən güclü zəlzələ nəticəsində azı dörd nəfər ölüb, onlarla insan yaralanıb.


Manset.az Report-a istinadən xəbər verir ki, təbii hadisənin episentrinin yerləşdiyi Balx vilayəti qubernatorunun sözçüsü Şolqara rayonunda ölüm hallarının qeydə alındığını bildirib.

Nəşr ölənlərin sayının kəskin şəkildə arta biləcəyi ehtimalını istisna etmir. CNN telekanalı ekspert hesabatlarına istinadən zəlzələdən sonra kütləvi insan tələfatı ehtimalının yüksək olduğunu da bildirib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə əhəmiyyətli dağıntılar və onlarla ölüm halları göstərilir, lakin bu məlumatın rəsmi təsdiqi yoxdur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az