Miqren qoruxulu yuxuya çevrilib - Bu yaş qrupundan olan qadınlar...

12:08 - 05 Noyabr 2025

Miqren qoruxulu yuxuya çevrilib - Bu yaş qrupundan olan qadınlar...

Yeni bir araşdırma göstərir ki, dünyada təxminən 2,8 milyard insan baş ağrısı yaşayır.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mütəxəssislər miqren və baş ağrılarının xüsusilə 30-44 yaş arası qadınlarda və yüksək gəlirli ölkələrdə yaşayanlarda daha çox müşahidə edildiyini bildirirlər.
Migren və digər baş ağrılarının dünyada ən çox görülən və əlillik yaradan sağlamlıq problemlərindən biri olduğu müəyyən edilmişdir.

La Trobe Universiteti və Qərb Sağlamlığı tərəfindən idarə olunan və Cell Reports Medicine jurnalında dərc edilən araşdırma, Qlobal Xəstəlik Yükü (GBD) məlumatlarından istifadə edərək 1990-2021-ci illər arasında 204 ölkə və bölgədə baş ağrısının yayılmasını araşdırdı.

Araşdırma nəticələrinə görə, hazırda dünyada təxminən 2,8 milyard insan baş ağrısı ilə üzləşir.

Baş ağrısı vəziyyətlərində müasir həyat tərzinin təsirli olduğuna diqqət çəkən araşdırmada stress, oturaq həyat tərzi, spirt və kofein qəbulu və keyfiyyətsiz yuxunun baş ağrılarını tətiklədiyi vurğulanıb.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az