Gülben Ergenin ABŞ turnesindən maraqlı paylaşımı sosial mediada viral olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin məşhur müğənnisi Gülben Ergen, ABŞ turnesi çərçivəsində səhnəyə çıxdıqdan sonra sosial mediada maraqlı bir video paylaşdı və bu, qısa müddətdə viral oldu.
New Jersey-dəki konserindən sonra bornoz geyinib hamburgerciyə gedən müğənninin videosu çox keçmədən sosial medyada böyük diqqət çəkdi. Ergen, paylaşımına "Aaaa nə böyük ayıb, bornozla hamburgerciyəmi gedilir?" şərhini əlavə etdi.
ABŞ turnesi çərçivəsində səhnəyə çıxan Gülben Ergen, konsert sonrası özünə vaxt ayıraraq dinlənmək qərarına gəldi. Turnenin son günü bornozla küçəyə çıxan Ergen, ABŞ-ın küçələrində gəzərək hamburgerciyə getdiyi anları sosial media hesabında paylaşdı. Ünlü müğənninin bornozla hamburgerciyə girdiyi anlar, qısa müddətdə minlərlə dəfə izlənildi və müxtəlif şərhlərlə qarşılandı.