Donald Trump, ABŞ-dakı yerli seçkilərdən sonra açıqlama verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trump, ölkə üzrə keçirilən son yerli seçkilərdə Demokrat Partiyasının qazandığı qələbələrin ardından açıqlama verib. Trump, sosial media hesabında etdiyi paylaşımda: “Anketlərə görə, bu gecə Cumhuriyyətçilərin seçkiləri uduzmasının iki səbəbi var: Trump seçki bülleteni siyahısında yox idi və hökumət bağlıydı,” ifadələrini istifadə edib.
Demokratlar, New York şəhəri bələdiyyə başkanlığı, New Jersey və Virginia ştatlarında keçirilən qubernatorluq seçkiləri ilə California ştatındakı referandumda qələbə qazandılar.
Demokrat Partiyasının namizədi Mikie Sherrill New Jersey ştatının qubernatoru, Abigail Spanberger isə Virginia ştatının ilk qadın qubernatoru oldu.