iPhone-a uzun müddətdi gözlənilən YENİ FUNKSİYA GƏLİR

16:56 - 05 Noyabr 2025

iPhone-a uzun müddətdi gözlənilən YENİ FUNKSİYA GƏLİR

Apple, iOS 26.2 yeniləməsi ilə iPhone-lara yeni xəbərdarlıq sistemi gətirir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Apple, iOS 26.2 yeniləməsi ilə iPhone-lara yeni bir xəbərdarlıq sistemi təqdim edir. Artıq iPhone-lara, hər hansı bir tətbiqə ehtiyac olmadan, zəlzələ xəbərdarlığı bildirişləri gələcək. Apple, iOS 26.2 yeniləməsi ilə zəlzələ xəbərdarlıqları mövzusunda yeni bir addım atır. Yeni "İrəliləmiş Təhlükəsizlik Xəbərdarlıqları" funksiyası, istifadəçiləri zəlzələ və təcili təhdidlər barədə daha sürətli və effektiv şəkildə məlumatlandıracaq.

Ayarlar menyusunda "Bildirişlər" bölməsi altında olan bu xüsusiyyət vasitəsilə istifadəçilər, yaşadıqları bölgəyə xüsusi xəbərdarlıqları fərdiləşdirə biləcəklər. Bununla yanaşı, Apple, sistemin daha düzgün işləməsi üçün istifadəçinin təxmini yerini paylaşmasına da imkan verir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az