Keçən il geniş yayılmışdı - Virus yenidən aktivləşdi

16:44 - 06 Noyabr 2025

Keçən il geniş yayılmışdı - Virus yenidən aktivləşdi

Nigeriyanın şimal-şərqində yerləşən Adamava əyalətində baş qaldıran vəba (xolera) epidemiyası nəticəsində ən azı 10 nəfərin öldüyü bildirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Adamava Əyaləti Əsas Səhiyyə Xidmətləri Komissarı Dr. Feliks Tanqvami verdiyi açıqlamada, əyalətin Mubi bölgəsində vəba yoluxmalarının artmaqda davam etdiyini deyib.

Tanqvami yoluxma hallarının ümumi sayını açıqlamasa da, indiyədək 10 nəfərin öldüyünü25 nəfərin isə xəstəxanalarda müalicə olunduğunu bildirib. O, həmçinin hökumətin epidemiya ilə mübarizə məqsədilə təxirəsalınmaz tədbirlər gördüyünü vurğulayıb.

Xatırladaq ki, Nigeriyada 2024-cü il 26 iyun tarixində vəba səbəbilə “milli fövqəladə vəziyyət” elan edilmişdi.

“Vibrio” bakteriyası tərəfindən törədilən bu xəstəlik, qida və su vasitəsilə insana keçərək ishal və bədənin ciddi dərəcədə susuz qalmasına səbəb olur. Müalicə olunmadığı halda isə ölümlə nəticələnə bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az