Trampa müjdəli xəbər - Ona bu mükafat veriləcək

20:40 - 06 Noyabr 2025

Trampa müjdəli xəbər - Ona bu mükafat veriləcək

Futbolun ali idarə orqanı FIFA, prezidenti Canni İnfantinonun 2026-cı il dünya çempionatının püşkatma mərasimi zamanı ilk dəfə təqdim ediləcək “FIFA Sülh Mükafatını” təqdim edəcəyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, mükafat, “dünyanın müxtəlif bölgələrində insanları sülh və həmrəylik içində birləşdirməyə töhfə verən şəxsləri” təltif etmək məqsədilə təsis olunub. Qalibin adı 5 dekabrda, Vaşinqtonda keçiriləcək püşkatma mərasimində elan ediləcək.

FIFA-nın yaydığı açıqlamada İnfantino bunları deyib:

“Daha da gərgin və parçalanmış bir dünyada, münaqişələri dayandırmaq və insanları sülh ruhunda bir araya gətirmək üçün çalışanların qeyri-adi səylərini tanımaq çox vacibdir.”

İnfantino əlavə edib:

“Futbol sülhü təmsil edir və ‘FIFA Sülh Mükafatı — Football Unites the World’ təşəbbüsü vasitəsilə, insanları birləşdirən və gələcəyə ümid bəxş edən şəxslərin böyük səylərini bütün futbol dünyası adından dəyərləndirəcəyik.”

FIFA-nın açıqlamasında qeyd olunub ki, bu mükafat “sülh naminə qeyri-adi və nümunəvi addımlar ataraq dünyadakı insanları birləşdirən və bu səbəbdən xüsusi təqdirə layiq görülən” şəxslərə təqdim ediləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az