Bir ana qızının otağını təmizləyərkən yatağın altında gül dəstəsi və bir qeyd tapıb. Qeyd üzərində yazılan sözləri anlaya bilməyən qadının reaksiyasını çəkib paylaşdığı video qısa zamanda sosial mediada viral olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Videonun altında “Qızının məxfiliyini paylaşmağın mənası nədir?” və “O qeydə çox güldüm” kimi şərhlər yazılıb.
Məlumata görə, ana otağı səliqəyə salarkən yatağın altında gizlədilmiş gül dəstəsini görüb. Maraqlanaraq dəstənin içindəki qeydi oxuyub, lakin orada yazılan sətirləri anlamadığı üçün təəccüblənib.
Ananın təəccüblü reaksiyasını telefonla çəkib paylaşması isə qısa müddətdə minlərlə baxış toplayıb və sosial mediada gülüş doğuran hadisə kimi yayılıb.