Qəddafinin oğlu azadlığa çıxdı

00:30 - 07 Noyabr 2025

Qəddafinin oğlu azadlığa çıxdı

Liviyanın Milli Birlik Hökuməti 2015-ci il noyabrın altısında Beyrutda həbs edilən Liviyanın keçmiş lideri (1969-2011) Müəmmar Qəddafinin oğlu Hannibalın həbsdən azad edildiyini elan edib.


Manset.az Report-a istinadən xəbər verir ki,  bu barədə Lebanon 24 xəbər portalının yaydığı açıqlamada bildirilib.

"Livan hakimiyyəti mərhum Liviya lideri Müəmmər Qəddafinin (1942-2011) oğlu Hannibal Qəddafini həbsdən azad edib və onun ölkədən çıxışına qoyulan qadağanı aradan qaldırıb", - deyə məlumatda qeyd olunub.

Livan məhkəməsi həmçinin Hannibal Qəddafinin əvvəllər 11 milyon dollar məbləğində müəyyən edilmiş girov müqabilində azadlığa buraxılması barədə qərarı da qüvvədən salıb.

Qəddafinin 50 yaşlı oğlu 2015-ci ildə siyasi mühacirətdə yaşadığı qonşu Suriyadan "Amal" yaraqlıları tərəfindən qaçırılıb və daha sonra Livanın hüquq-mühafizə orqanlarına təhvil verilib. 2017-ci ildə müttəhim 1978-ci ildə Liviyada yoxa çıxan şiə imamı Musa Sədr haqqında məlumatları gizlətməkdə ittiham olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az