Amerikalı aktyor Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Coliyə qarşı “Château Miraval” mübahisəsi çərçivəsində təxminən 35 milyon dollarlıq təzminat tələbi ilə məhkəməyə müraciət edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "People" jurnalının xəbərinə görə, Pittin hüquq komandası oktyabr ayının sonunda Colinin 2021-ci ildə Fransanın Provans bölgəsində yerləşən şato və şərab bağındakı payını satması ilə bağlı tərəflər arasında aparılan yazışmaları məhkəməyə təqdim edib.
Məlumata əsasən, bu yazışmalardan birində — 2023-cü ilin noyabrında göndərilmiş məktubda — Colinin vəkilləri Pittin müştərilərinə qarşı təxminən 35 milyon dollarlıq zərər iddiası qaldırdığını bildiriblər. Onlar həmçinin bu zərərin mövcudluğunu sübut edən sənədlərin toplanması xərclərini Pittin özü qarşılamalı olduğunu qeyd ediblər.