Mərhum sənətçi Kayahanın qızı Beste Açar, qatıldığı bir proqramda enerji sahəsində çalışmalar etdiyini və atasının güclərinin ona keçdiyini, hətta paralel aləmdə atasının Kayahan, Mustafa Kamal Atatürk və Məhəmməd Cəlaləddin Rumi ilə əlaqə qurabildiyini söyləyib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 10 il əvvəl vəfat edən Kayahanın qızı, Pınar Kerimoğlunun YouTube kanalına qonaq oldu və çox danışılacaq açıqlamalar verdi. Beste Açarın sözləri qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb oldu.
Açar, enerji boyutunda çalışmalar apardığını və atasının güclərinin ona keçdiyini, hətta paralel aləmdə Kayahan, Atatürk və Mevlanayla əlaqə qurma qabiliyyətinə sahib olduğunu söylədi.
Bundan əlavə, özü kimi astral səyahət etdiyini deyən Beste Açar, müğənni Yusuf Güney ilə yaxın dost olduqlarını və ona etdiyi seanslarla onun enerjisel blokajlarını aradan qaldırıb, enerjisini yüksəltdiyini bildirdi.