Süni intellekt artıq xəyallarımızı da görəcək - Yeni dövr başlayır

08:00 - 10 Noyabr 2025

Süni intellekt artıq xəyallarımızı da görəcək - Yeni dövr başlayır

Süni intellekt artıq beyin dalğalarını oxuya bilir.

Manset.az xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, ABŞ və Avstraliyalı alimlər “zehin altyapısı” adını verdikləri yeni texnika ilə insan beyninin dərinliklərini oxumağı bacarıblar.

Süni intellekt bu üsulla yalnız düşüncələri deyil, xəyalları və məqsədləri də çözə bilir. Sistem beyin dalğalarını analiz edərək insanın ağlından keçənləri mətn halına gətirir. Üstəlik, bu proses bədənə müdaxilə olunmadan həyata keçirilir.

Mütəxəssislər bildirir ki, süni intellekt artıq insan kimi düşünməyin də o tərəfinə keçərək, bəzən istifadəçilərin yerinə xəyal qura və hədəflər müəyyənləşdirə bilir.

Elm dünyası hesab edir ki, bu inkişaf süni intellektin insan zehni ilə birləşməsi istiqamətində mühüm addımdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az