Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı

21:16 - 11 Noyabr 2025

Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı

Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qalıqları tapılıb.


Manset.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.

O bildirib ki, axtarış- xilasetmə tədbirləri davam edir.

Nazir həmçinin təyyarənin qalıqlarının olduğu bölgəyə çatdığını bildirib.

Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az