Türkiyənin Kayseri rayonunda bir kişi danışmaq üçün çağırdığı həyat yoldaşını küçənin ortasında bıçaqlayaraq qətlə yetirib. Dəhşət doğuran hadisədən sonra qaçan şübhəli R.A. polis əməkdaşları tərəfindən saxlanılaraq nəzarətə götürülüb.
Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Selimiye məhəlləsinin Ortahisar küçəsində baş verən hadisədə R.A. boşanmaq üzrə olduğu həyat yoldaşını danışmaq üçün çağırıb. İşdən yeni qayıtdığı deyilən Rabia A. söhbət etmək üçün aşağı düşərkən onların arasında hələlik naməlum səbəbdən mübahisə yaranıb.