ABŞ-nin Nyu-Cersi ştatının Nyuark şəhərində silahlı insident baş verib.
Manset.az xəbər verir ki, hücum nəticəsində biri uşaq olmaqla ən az dörd nəfər öldürülüb.
Hadisənin motivi hələlik məlum deyil. Silahlı hücumu törədən şəxs və ya şəxslərin qaçdığı, onların axtarışının davam etdiyi bildirilib. Nyu-Cersi qubernatoru Fil Marfi hadisə ilə bağlı açıqlama verərək qurbanların ailələrinə başsağlığı diləyib.
Hücumdan sonra şəhərin bir çox avtobus marşrutları da dəyişdirilib.
Faktla bağlı araşdırma aparılır.