Fransa Prezidenti Emmanuel Makron Çinin paytaxtı Pekinə gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, üç gün davam edəcək səfəri, Çin-Fransa diplomatik münasibətlərinin 60 illiyi münasibətilə reallaşır.
Fransa Prezidenti Emmanuel Makronun üç gün davam edəcək rəsmi səfəri çərçivəsində Çinə gəldiyi bildirilib. Makronun səfəri, Çin-Fransa diplomatik əlaqələrinin qurulmasının 60-cı ildönümü münasibətilə, keçən il Çin Xalq Respublikasının Prezidenti Si Cinpinqin Fransaya etdiyi səfərin cavabı olaraq görülür. Çin-Fransa əlaqələrini inkişaf etdirmək məqsədilə danışıqlar aparması gözlənilən Si ilə Makronun, beynəlxalq və regional böhran məsələlərini də müzakirə etməsi ehtimal olunur.