Boşandığı qadını uşaqlarını gözü önündə öldürdü - Türkiyədə DƏHŞƏT

17:28 - 03 Dekabr 2025

Boşandığı qadını uşaqlarını gözü önündə öldürdü - Türkiyədə DƏHŞƏT

Qaziantepdə İbrahim Halil Caymaz 8 ay əvvəl boşandığı 32 yaşlı Şerife Gelmelini uşaqlarının yanında bıçaqlayaraq öldürüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə saat 14:00 radələrində Eyüpsultan məhəlləsindəki bir evdə baş verib.

8 ay əvvəl şiddətli münaqişə zəminində boşanan 32 yaşlı İbrahim Halil Caymaz barışmaq istədiyi Şerife Gelmeli ilə mübahisə edib.

Onun barəsində həbs-qətimkan tədbiri seçilən İbrahim Halil Caymaz keçmiş həyat yoldaşını uşaqlarının gözü qarşısında bıçaqlayıb. İki uşaq anası qanlar içində yerə yıxılarkən İbrahim Halil Caymaz da eyni bıçaqla özünü bıçaqlayıb. Məhəllə sakinləri hadisə ilə bağlı 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər.

Xəbər verildikdən sonra hadisə yerinə həkim və polis qrupları göndərilib. Şerife Gelmelinin öldüyü açıqlanıb, yaralı İbrahim Halil Caymaz isə Şehitkamil Dövlət Xəstəxanasına aparılıb. Gelmelinin cəsədi Qaziantep Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az