Ukraynalı İrina Zarutskanın avqust ayında Nyu-York metrosunda amansız şəkildə qətlə yetirilməsinin yaratdığı sarsıntı hələ də unudulmamışkən, şəhər bu dəfə daha bir qan donduran hadisə ilə üzləşib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, metronun Penn Stansiyası yaxınlığında 56 yaşlı evsiz kişi naməlum şəxs tərəfindən yandırılıb. Hadisə, kişinin qatarda yuxuda olduğu vaxt baş verib.
Məlumata görə, hücum edən şəxs evsiz adamı alova bürüdükdən sonra sanki heç nə olmamış kimi stansiyanı sakitcə tərk edib. Alov içində qalan zərərçəkmiş ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Şəhər ictimaiyyətini silkələyən bu hadisə, artıq aylardır müzakirə olunan İrina Zarutskanın qəddar qətli ilə bağlı narahatlıqları daha da artırıb. Nyu-York metrosunda ard-arda baş verən zorakı hücumlar təhlükəsizliklə bağlı sualları yenidən gündəmə gətirib.