Aralıq dənizində Mersin sahillərində zəlzələ baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Aralıq dənizində, Mersinin Anamur rayonunun açıqlarında 4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı dənizin təxminən 14,23 kilometr dərinliyində yerləşib. Zəlzələ Mersinlə yanaşı, Karaman, Antalya, Adana və Hatay bölgələrində də hiss olunub.
Qeyd edək ki, Aralıq dənizinin Mersin sahillərində baş verən bu 4 ballıq zəlzələ bölgə əhalisi arasında narahatlıq yaradıb.