Qəzza bölgəsində atəşkəs prosesinin davam etdiyini bildirən ABŞ Prezidenti Donald Tramp "İkinci mərhələ çox yaxın zamanda baş tutacaq" - deyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransının ardından jurnalistlərin gündəlik məsələlərə dair suallarını cavablandırdı. Tramp Qəzza bölgəsində ikinci mərhələnin nə zaman başlayacağına dair verilən sualı isə "İkinci mərhələ çox yaxın zamanda baş tutacaq" şəklində cavablandırdı.
Tramp xüsusi nümayəndəsi Steve Witkoff ilə kürəkəni və keçmiş baş müşaviri Jared Kushnerin, Rusiya Prezidenti Vladimir Putin ilə keçirdikləri görüşə dair də açıqlama verib. O, "Prezident Putinlə çox yaxşı bir görüş keçirdilər. Növbədə nə olacağını görəcəyik. Onlar, Putinin müharibəni bitirmək istədiyi təəssüratını aldılar. Düşünürəm ki, o da daha normal bir həyata qayıtmaq istəyir" ifadələrini istifadə edib.