Putinin köməkçisindən Avropaya MESAJ - "NATO düşmənimizdir!"

12:02 - 04 Dekabr 2025

Putinin köməkçisindən Avropaya MESAJ - \"NATO düşmənimizdir!\"

Rusiya Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedev, NATO-u açıq şəkildə "Moskvanın düşməni" olaraq elan edib. Medvedev, "Düşmənə düşman kimi davranılmalıdır" sözləri ilə gərginliyi bir daha artırıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın aparıcı xəbər agentliyi TASS-ın məlumatına görə, Medvedev, X sosial şəbəkəsində ingilis dilində etdiyi paylaşımda, "NATO bizim düşmənimizdir. Hansı 'Şuradan danışırıq?" deyərək, Rusiya-NATO Şurasının tamamilə ləğv edilməsinə sevinci ifadə edib.

Sovet yazıçısı Maksim Gorkinin sözlərini xatırladan Medvedev, "Düşmən təslim olmazsa, məhv olar" ifadəsini işlədib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az