Sosial media şirkəti Meta 10 dekabr tarixində sosial media qadağasının qüvvəyə minəcəyi Avstraliyada 16 yaşın altındakı uşaqların hesablarını bağlamağa başlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliyada sosial media istifadəsinə dair ən geniş tənzimləmələrdən birinin tətbiqinə başlanarkən, texnologiya nəhəngləri də addımlarını sürətləndirir. ABŞ mərkəzli sosial media şirkəti Meta, 10 dekabrda sosial media qadağasının tətbiq olunacağı Avstraliyada 16 yaşdan kiçik gənclərin Instagram, Facebook və Threads hesablarını bağlamağa başlayıb. Təxminən 150 min Facebook istifadəçisi və 350 min Instagram hesabının təsirlənməsi gözlənilir.