ABŞ-ın Nebraska ştatında bir benzin stansiyasında silahlı qarşıdurma yaşanıb. Polislərə atəş açan şübhəli öldürülüb, 3 nəfər isə yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, polis rəisi Todd Schmaderer, jurnalistlərə verdiyi açıqlamada, ABŞ-ın Nebraska ştatında yerləşən Omaha şəhərindəki bir mağazada 61 yaşlı bir kişinin sinəsindən vurulduğu barədə məlumat aldıqlarını bildirib.
Schmaderer, polisə olay yerindəki şübhələnin avtomobilinin plakasını alaraq benzin stansiyasına qədər izlədiklərini qeyd edib.
İstasyona gələn şübhələnin tualetə girdiyini bildirən Schmaderer, əlavə polis qüvvələrinin istasyona göndərilməsi ilə şübhəliyə tualetdən çıxması üçün əmr verildiyini əlavə edib.